Neftçalada minik maşını traktora çırpılıb, 1 nəfər ölüb - YENİLƏNİB

Neftçalada minik maşını traktora çırpılıb, 1 nəfər ölüb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
4 Dekabr , 2018 22:18
Neftçalada minik maşını traktora çırpılıb, 1 nəfər ölüb - YENİLƏNİB

Neftçala. 4 dekabr. REPORT.AZ/ Neftçala rayonunda baş verən yol qəzasında ölən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Neftçala rayon sakini, 1984-cü il təvəllüdlü Qurbanov Vasif Vaqif oğlu rayonun Xıllı qəsəbəsində idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən qarşıda gedən qoşqulu traktora çırpılıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb.


*** 21:12

Neftçala. 4 dekabr. REPORT.AZ/ Neftçala rayonunda ölümlə ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, "NİVA" markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxıb və qarşıda hərəkət edən qoşqulu troktora çırpılılb.

Hadisə nəticəsində "NİVA"-nın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Salyan rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.



Son xəbərlər

Orphus sistemi