Neftçalada ev yanıb, kişi meyiti aşkarlanıb
Hadisə
- 04 noyabr, 2024
- 04:23
Neftçalada yanan ev söndürüldükdən sonra kişi meyiti aşkarlanıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün gecə saatlarında Bankə qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, qəsəbədə fərdi yaşayış evlərin birində yanğın başlayıb. Hadisə yerinə cəlb olunan FHN-in Neftçala Yanğından Mühafizə Hissəsi tərəfindən yanğın söndürülüb və digər tikililərə keçməsinin qarşısı alınıb.
Evə baxış zamanı yanmış kişi meyiti aşkarlanıb. Meyit müayinə olunması üçün məhkəmə tibbi-ekspertizaya göndərilib.
Meyitin 1960-cı il təvəllüdlü Xanməmmədov Məhəmməd Böyükağa oğluna məxsus olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
14:08
Serbiya Prezidenti: Orduya daha çox pilot lazım olacaq, çünki "Rafale" qırıcıları gəlir
Digər ölkələr13:51
İsrail Ordusu Qəzzada HƏMAS-ın iki yüksəkrütbəli yaraqlısını zərərsizləşdirib
Digər ölkələr13:43
Yuri Vernidub: "Əlimizdən gələni edəcəyik ki, "Neftçi" layiq olduğu yerdə qərar tutsun"
Futbol13:34
Video
Türkiyədə cinayətkarlara qarşı əməliyyat zamanı 409 nəfər saxlanılıb
Region13:17
Əraqçi: ABŞ İsrailin Livana hücumlarını dayandırmağa borcludur - YENİLƏNİB
Region13:16
Serbiya Ordusu yeni vasitələrini təqdim edib
Digər ölkələr13:13
Ağdərədə "Niva" və sərnişin mikroavtobusu toqquşub, xəsarət alanlar var
Hadisə13:13
Foto
Bakıda tarixi UFC gecəsi: Fiziyevdən möhtəşəm qələbə - FOTOREPORTAJ
Fərdi13:02