Neftçalada avtomobil yol kənarındakı ağaca çırpılıb

Neftçalada avtomobil yol kənarındakı ağaca çırpılıb Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
20 Yanvar , 2020 22:38

Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə H.Əliyev prospektində qeydə alınıb.

Rayonun Həsənabad qəsəbə sakini Əsgərov Eldar İlqar oğlu idarə etdiyi “07-BA-600” dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi