Yuxarı

Neftçalada avtomobil aşıb, ölən və yaralananlar var - YENİLƏNİB

​Neftçalada avtomobil aşıb, ölən və yaralananlar var

Neftçala rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub. 

“Report”un Aran bürosu xəbər very ki, Salyan-Şirvan avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində “Mersedes” markalı avtomobil aşıb. Hadisə zamanı 1 nəfər - rayonuun Aşağı Qaramanlı kənd sakini, 2003-cü il təvəllüdlü Fərəcov Toğrul İlham oğlu ölüb, iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ölənin şəxsiyyəti dəqiləşdirilib. Bu Neftçala rayonuun Aşağı Qaramanlı kənd sakini, 2003-cü il təvəllüdlü Fərəcov Toğrul İlham oğludur.


*** 13:49

Neftçala rayonunda yol qəzası baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, “Mercedes” markalı avtomobil aşıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi