Neftçalada 31 yaşlı kişi yol-nəqliyyat hadisəsində ölüb, qardaşı xəsarət alıb

Neftçalada 31 yaşlı kişi yol-nəqliyyat hadisəsində ölüb, qardaşı xəsarət alıb Neftçalada bir nəfərin ölümü, 1 nəfərin isə yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
21 Sentyabr , 2022 22:47
Neftçalada 31 yaşlı kişi yol-nəqliyyat hadisəsində ölüb, qardaşı xəsarət alıb

Neftçalada baş verən ağır yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi məlum olub.

"Report”un Aran bürosunun məlumatına görə, Qardaşbəyli kəndində “Mercedes” markalı minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılması nəticəsində Salyan şəhər sakini, 1991-ci il təvəllüdlü Abbasov Cahid Cavid oğlu ölüb.

Qeyd edək ki, hadisə zamanı onun qardaşı, 1990-cı il təvəllüdlü Abbasov Şəhriyar Cavid oğlu müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilirb.

Faktla bağlı araşdırma aparılır.

22:30

Neftçalada bir nəfərin ölümü, daha bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Qardaşbəyli kəndində olub. Belə ki, “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən anidən idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində bir nəfər hadisə yerində ölüb, daha bir nəfər - Salyan şəhər sakini, 1990-cı il təvəllüdlü Abbasov Şəhriyar Cavid oğlu müxtəlif dərəcəli ağır xəsarətlər alıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi