Neftçalada 2 yaşlı körpə faciəli şəkildə ölüb

Hadisə
  • 28 aprel, 2016
  • 05:05
Neftçalada 2 yaşlı körpə faciəli şəkildə ölüb

Bakı. 28 aprel. REPORT.AZ/ Neftçala rayonunda 2 yaşlı körpə faciəli şəkildə ölüb.

"Report" xəbər verir ki, hadisə rayonun Kürqarabucaq kəndində qeydə alınıb.

Belə ki, iki yaşlı Mətləb Ranul oğlu Həsənov bir mərtəbəli fərdi yaşayış evinin pəncərəsindən yerə düşüb. Körpə aldığı xəsarətlər nəticəsində yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.