Neftçalada 18 min manat dəyərində naqil oğurlanıb
Hadisə
- 13 may, 2025
- 14:30
Neftçalada kommunikasiya naqilləri oğurlayan iki nəfər saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Məlumatda bildirilib ki, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində rabitə dirəklərindən kommunikasiya naqilləri oğurlayan Yavər Əskərov və Rahim Qasımov saxlanılıblar.
Adıçəkilən şəxslərin rabitə dirəklərindən 18 min manat dəyərində 4 995 metr kommunikasiya naqillərini kəsərək əlvan metalların qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, Y.Əskərov və R.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Son xəbərlər
00:00
Aİ ölkələri Çinlə rəqabət fonunda 300 min iş yerini itirə bilər
Digər ölkələr23:35
Foto
Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
Digər ölkələr23:13
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB
Digər ölkələr22:52
"Çelsi" London derbisində "Arsenal"a məğlub olub
Futbol22:28
Sabah Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Energetika22:20
Türkiyənin voleybol millisi tarixində ikinci dəfə Avropa çempionu olub
Komanda22:07
Premyer Liqa: "Qarabağ" növbəti qələbəsini qazanıb
Futbol22:05
Uitkoff: ABŞ, Rusiya və Ukrayna tezliklə üçtərəfli görüş elan edə bilərlər
Digər ölkələr21:41