Neftçalada 11 yaşlı oğlan intihara cəhd edib

Neftçalada 11 yaşlı oğlan intihara cəhd edib Neftçala rayonunda 11 yaşlı uşaq intihara cəhd edib.
Hadisə
17 May , 2019 17:16
Neftçalada 11 yaşlı oğlan intihara cəhd edib

Neftçala rayonunda 11 yaşlı uşaq intihara cəhd edib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün rayonun İkinci Mayak kəndinin ərazisində baş verib. 

Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Həsənov Nihat Eldəniz oğlu tövlədə özünü asaraq intihara cəhd edib. Yaxınları bundan vaxtında xəbər tutublar. Dərhal Yeniyetmə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi