Neftçala sakini su kanalında çimərkən boğulub

Hadisə
  • 01 sentyabr, 2016
  • 10:29
Neftçala sakini su kanalında çimərkən boğulub

Bakı.1 sentyabr. REPORT.AZ/ Neftçala rayonunda boğulma hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə rayon ərazisində yerləşən, "Qobu" adlandırılan su kanalında qeydə alınıb. 
Belə ki, avqustun 31-də Neftçala rayon sakini Ayxan Sadiqov su kanalında çimərkən boğulub. Dalğıc-xilasedicilər tərəfindən meyit sudan çıxarılaraq adiyyəti üzrə təhvil verilib. 
Faktla bağlı araşdırmalara başlanılıb.