Yuxarı

Nazir Ramil Usubov Gəncədə vətəndaşları qəbul edəcək

Qəbulda polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olanlar da iştirak edə bilər

Bakı. 14 oktyabr. REPORT.AZ/ Oktyabr ayının 25-də Azərbaycan daxili işlər naziri general-polkovnik Ramil Usubov Gəncə şəhərində bölgə üzrə vətəndaşların qəbulunu keçirəcək. “Report” DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirin qəbulunda digər vətəndaşlarla yanaşı polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan, Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən rayon sakinlərindən yaşı 20-dən az 30-dan çox olmayan və bir sıra şərtlərə uyğun gələn şəxslər də iştirak edə bilərlər.

Şərtlərə gəlincə, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində çalışmaq istəyənlər Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla) olmalıdır. Həmin şəxslərin boy ölçüsü 180 sm (qadınlar üçün 170 sm), həmçinin düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli olmalıdırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi