Naxçıvanda ticarət mərkəzindən 109 ədəd kəsici-deşici alət aşkarlanıb

Naxçıvanda ticarət mərkəzindən 109 ədəd kəsici-deşici alət aşkarlanıb Naxçıvanda 109 ədəd kəsici-deşici alət aşkarlanaraq maddi sübut kimi götürülüb.
Hadisə
5 Sentyabr , 2024 11:01
Naxçıvanda ticarət mərkəzindən 109 ədəd kəsici-deşici alət aşkarlanıb

Naxçıvanda 109 ədəd kəsici-deşici alət aşkarlanaraq maddi sübut kimi götürülüb.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən insan həyatı üçün real təhlükə yaradan müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində növbəti tədbir keçirilib.

Nəticədə şəhər ərazisindəki ticarət mərkəzlərinin birində kəsici-deşici alətlərin satışının təşkil edildiyi mağazalar müəyyən edilib. Həmin obyektlərdən xəsarət yetirmək təyinatına malik ümumilikdə 109 ədəd kəsici-deşici alət aşkarlanaraq maddi sübut kimi götürülüb.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi