Nardaranda quyuda odlu silah saxlayan şəxs tutulub

Hadisə
  • 13 fevral, 2017
  • 08:10
Nardaranda quyuda odlu silah saxlayan şəxs tutulub

Bakı. 13 fevral. REPORT.AZ/ Nardaranda quyuda odlu silah saxlayan şəxs saxlanılıb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Ağarza Rzayevin həyətindəki su quyusuna iplə sallanmış lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng və 1 ədəd süngü-bıçaq götürülüb və o, tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.