Nardaran hadisələrinə görə həbs olunan iki məhkum azadlığa buraxılıb

Nardaran hadisələrinə görə həbs olunan iki məhkum azadlığa buraxılıb Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsindən Nardaran hadisələrinə görə həbs olunan iki məhkum azadlığa buraxılıb.
Hadisə
17 Mart , 2019 11:29
Nardaran hadisələrinə görə həbs olunan iki məhkum azadlığa buraxılıb
Report

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsindən Nardaran hadisələrinə görə həbs olunan iki məhkum azadlığa buraxılıb.

"Report"un əməkdaşı xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12,3 il müddətinə azadlıqdan məhrum edilmiş 1955-ci il təvəllüdlü Hüseynov Əli Ümmət oğlu və 1982-ci il təvəllüdlü Əliyev Ramil Zabil oğluna arayışlar təqdim olunub və onlar azadlğa çıxıb.

Onlar 2015-ci ilin noyabr ayında həbs olunmuşdular.

Qeyd edək ki, 1 saylı cəzaçəkmə müəssisəsindən 8 nəfər məhkum azadlığa çıxıb.

Son xəbərlər

Orphus sistemi