Naftalanda yanğın zamanı zəhərlənənin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Hadisə
  • 16 aprel, 2020
  • 20:10
Naftalanda yanğın zamanı zəhərlənənin şəxsiyyəti məlum olub - YENİLƏNİB
Report/Elchin Murad

Naftalan şəhərində fərdi evdə baş vermiş yanğın zamanı 44 yaşlı kişi tüstüdən zəhərlənib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Naftalan şəhər "Muğam bağları" adlanan ərazidə yerləşən fərdi evdə qeydə alınıb. 

Yanğın nəticəsində 1976-cı il təvəllüdlü Əlibaba Ağalarov tüstüdən zəhərlənib. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib. Ə.Ağalarovun vəziyyəti qənaətbəxş hesab olunur.

Qeyd edək ki, hadisə axşam saatlarında qeydə alınıb. Ümumi sahəsi 110 kvadratmetr olan birmərtəbəli evdə yataq dəsti və xalça yanıb.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.


***23:20

Naftalan şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli evdə yanğın hadisəsi baş verib.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı yataq dəsti və xalça yanıb. Yanğın nəticəsində 1 nəfər tüstüdən zəhərlənib. 

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.