Naftalanda dələduzluq edən “falçı” saxlanılıb

Naftalanda dələduzluq edən “falçı” saxlanılıb Naftalanda dələduzluq edən “falçı” saxlanılıb.
Hadisə
21 Fevral , 2023 09:51
Naftalanda dələduzluq edən “falçı” saxlanılıb

Naftalanda dələduzluq edən “falçı” saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər şəhər sakinini fala baxmaq adı ilə aldadaraq onun 1500 manat dəyərində qızıl-zinət əşyalarını mənimsəyən Rübabə Əliyeva saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, R.Əliyeva Naftalan şəhərinə gələrək vətandaşa fala baxmaq adı ilə onun etibarından sui-istifadə edərək 1500 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə mənimsəyib. Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verlib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in “102” Zəng Mərkəzinə, Naftalan şəhər Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi