Nabranda avtomobil aşıb, ölən və xəsarət alan var

Nabranda avtomobil aşıb, ölən və xəsarət alan var Nabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
10 avqust 2023 05:50
Nabranda avtomobil aşıb, ölən və xəsarət alan var

Xaçmaz rayonunun Nabran qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Nabran kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobilinin aşması nəticəsində 1991-ci il təvəllüdlü Eyvazov Ziya İsaməddin oğlu hadisə yerində dünyasını dəyişib.

2000-ci il təvəllüdlü Allahverdiyev Tofiq Pərviz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi