Nabran çimərliyində iki dost boğulub

Nabran çimərliyində iki dost boğulub Onlardan birinin meyiti sudan çıxarılıb
Hadisə
24 avqust 2016 13:10
Nabran çimərliyində iki dost boğulub

Xaçmaz. 24 avqust. REPORT.AZ/ Nabran çimərliyində iki dost dənizdə boğulub.

"Report"un Şimal bürosunun məlumatına görə, Quba rayon sakinləri dənizdə çimərkən suda batıblar.

Onlardan birinin - Quba rayonunun Digahoba kənd sakini 1982-ci il təvəllüdlü Roman Abdul oğlu Nəcəfovun meyiti  Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən çıxarılıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə yerləşdirilib.

Hazırda Ömərov Fərrux Elman oğlunun axtarışları davam etdirilir.

Orphus sistemi