Bakı. 6 mart.
"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ə.Nuruzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında Ə.Nuruzadənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Ə.Nuruzadə ötən il oktyabrın 6-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. İttihama görə, onun üzərindən 14.775 qram heroin tapılıb. Ə.Nuruzadəyə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz narkotik əldə etmə, külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Lakin o, ittihamı rədd edir.