Zaqatala sakini kəsdiyi ağacın altında qalaraq ölüb - YENİLƏNİB

Zaqatala sakini kəsdiyi ağacın altında qalaraq ölüb - YENİLƏNİB Zaqatala. 23 dekabr. REPORT.AZ/ Zaqatala rayonunda kəsdiyi ağacın altında qalaraq ölən şəxsin adı məlum olub.
Hadisə
23 Dekabr , 2018 08:17
Zaqatala sakini kəsdiyi ağacın altında qalaraq ölüb - YENİLƏNİB

Zaqatala. 23 dekabr. REPORT.AZ/ Zaqatala rayonunda kəsdiyi ağacın altında qalaraq ölən şəxsin adı məlum olub.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Danaçı kənd sakini, 1985-ci il təvəllüdlü Murad Əhməd oğlu Mehdiyev pay torpağındakı ağacı kəsərkən ehtiyatsızlıqdan ağac onun üstünə düşüb. M.Mehdiyev aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


*** 7:12

Zaqatala. 23 dekabr. REPORT.AZ/ Zaqatala rayonunda yerli sakin kəsdiyi ağacın altında qalaraq ölüb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə rayonun Danaçı kəndi ərazisində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum omayan orta yaşlı kişi pay torpağındakı ağacı kəsərkən ehtiyatsızlıqdan ağac onun üstünə düşüb.

Hadisə zamanı M.Mehdiyev aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə yerləşdirilib. 

Qeyd edək ki, dünən Zaqatalada intihar hadisəsi baş verib.

Son xəbərlər

Orphus sistemi