Müğənni Təranə Qumral apellyasiya şikayəti verib

Müğənni Təranə Qumral apellyasiya şikayəti verib Bakı. 1 noyabr . REPORT.AZ/ Müğənni Təranə Qumralla həmkarı Nazənin Salayeva arasında məhkəmə çəkişməsi davam edir.
Hadisə
1 Noyabr , 2018 13:21
Müğənni Təranə Qumral apellyasiya şikayəti verib
0 : 00
0 : 00

Bakı. 1 noyabr . REPORT.AZ/ Müğənni Təranə Qumralla həmkarı Nazənin Salayeva arasında məhkəmə çəkişməsi davam edir.

"Report"un xəbərinə görə, T.Qumral birinci instansiya məhkəməsinin qərarından narazı qalıb.

Belə ki, o, apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. T.Qumral barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Hazırda apellyasiya şikayəti hakim Rizvan Səfərovun sədrliyi ilə araşdırılır.

Qeyd edək ki, müğənni T.Qumralla həmkarı Nazənin Salayeva arasında qalmaqal “ANS”in “Bazar səhəri” verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək T.Qumrala “Səni ərimlə tutdum” deyib. T.Qumral isə öz növbəsində, N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumral N.Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumral 4 min manat məbləğində cərimə edilib. 

Son xəbərlər

Orphus sistemi