"Muğan" bağında quldurluq edən şəxs məhkəmə zalında həbs olunub

"Muğan" bağında quldurluq edən şəxs məhkəmə zalında həbs olunub Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Ayaz Babayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
18 Aprel , 2018 11:10
Muğan bağında quldurluq edən şəxs məhkəmə zalında həbs olunub

Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Ayaz Babayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azdlıqdn məhrum edilib. Ev dustaqlığında olan A.Babayev məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, ittiham aktına əsasən, A.Babayev xuliqanlıq və quldurluq edib. Belə ki, o, ötən il Nəsimi rayon ərazisində yerləşən "Muğan" bağında Xəyyam Qiyasbəylinin yanında əyləşib onunla söhbət edib. Bu zaman X.Qiyasbəyliyə zəng gəlib, lakin o, telefonun kodunu aça bilməyib və onu A.Babayevə verib. A.Babayev də telefonu əlinə alıb, oradan uzaqlaşmaq istəyib. X.Qiyasbəyli isə onun pencəyindən tutub. A.Babayev onu yumruq təpiklə vurub, hadisə yerindən uzaqlaşıb.

X.Qiyasbəylinin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan A.Babayevin barəsində həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi