Moskvada Xocalı fləşmobuna görə saxlanılan azərbaycanlılar sərbəst buraxılıb - VİDEO - YENİLƏNİB-2

Moskvada Xocalı fləşmobuna görə saxlanılan azərbaycanlılar sərbəst buraxılıb - VİDEO - YENİLƏNİB-2 Moskva. 27 fevral. REPORT.AZ/ Moskvada Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar aksiya keçirdiklərinə görə saxlanılan azərbaycanlı gənclər sərbəst buraxılıb.
Hadisə
27 Fevral , 2019 20:26
Moskvada Xocalı fləşmobuna görə saxlanılan azərbaycanlılar sərbəst buraxılıb - VİDEO - YENİLƏNİB-2
0 : 00
0 : 00

Moskva. 27 fevral. REPORT.AZ/ Moskvada Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar aksiya keçirdiklərinə görə saxlanılan azərbaycanlı gənclər sərbəst buraxılıb.

"Report"un Rusiya bürosunun məlumatına görə, bu barədə Moskva şəhərinin Presnenski Rayon Məhkəməsi qərar çıxarıb. 

Hökmə əsasən, onlar cərimə olunublar. 


*** 15:36

Video əlavə olunub


*** 15:10

Ötən gün Rusiyanın paytaxtı Moskva şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar aksiya keçirdiklərinə görə saxlanılan azərbaycanlı gənclər bu gün sərbəst buraxılacaq.

Bu barədə "Report"un Rusiya bürosuna açıqlamasında hüquqşünas Ələkbər Qarayev məlumat verib. 

"Hazırda biri Azərbaycan vətəndaşı olmaqla, 5 nəfər saxlanılıb. Onlar da bu gün məhkəmədən sonra sərbəst buraxılacaqlar", - deyə o qeyd edib.

Qeyd edək ki, fevralın 26-da bir qrup azərbaycanlı gənc Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə fləşmob keçirməyə cəhd göstəriblər. Onlar Azərbaycan bayraqları və Xocalı soyqırımı ilə bağlı şüarlarla bəzədilmiş avtomobillərlə avtoyürüş etmək istəsələr də, polislər buna imkan verməyiblər. Gənclər saxlanılaraq polis bölməsinə aparılıblar.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi