AFFA rəsmiləri UEFA seminarında

Hadisə
  • 12 fevral, 2020
  • 13:27
AFFA rəsmiləri UEFA seminarında

Rusiyanın paytaxtı Moskvada UEFA-nın regional oyun nümayəndələri üçün seminar keçirilir.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, seminarda beynəlxalq oyunlara UEFA nümayəndəsi kimi təyinat alan Sərxan Hacıyev, Könül Mehtiyeva, Zaur Hacı-Məhərrəmov, Orxan Hüseynzadə və oyun meneceri kimi fəaliyyət göstərən Emin Cəfərov iştirak edirlər.

Qeyd edək ki, fevralın 11-də başlayan seminara bu gün yekun vurulacaq.

44 filmi