​Moskvada soyuq silah ticarəti ilə məşğul olan azərbaycanlı tutulub

​Moskvada soyuq silah ticarəti ilə məşğul olan azərbaycanlı tutulub Hazırda 44 yaşlı şəxsə qarşı cinayət işi qaldırılıb
Hadisə
2 Mart , 2015 06:00
​Moskvada soyuq silah ticarəti ilə məşğul olan azərbaycanlı tutulub

Bakı. 2 mart. REPORT.AZ/ Moskvanın Şimal-Şərq inzibati dairəsində, Menjinski küçəsində yerləşən mağazada ovçu bıçaqları satan 44 yaşlı azərbaycanlı tutulub.

“Report”un məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimal-Şərq inzibati dairəsi üzrə Cinayət Axtarış İdarəsinin əməkdaşı Aleksandr Qrişin məlumat verib.

“Biz yoxlama məqsədi ilə bu bıçaqlardan aldıq. Onların sertifikatı yox idi. Ekspertiza göstərdi ki, bu, soyuq silahdır, üstəlik də saxta Çin istehsalı olan bu məhsulların heç bir sənədi yoxdur”, - deyə o əlavə edib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222-ci maddəsi üzrə cinayət işi qaldırılıb. İstintaq davam edir. Onun müştəri dairəsi müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi