Moskvada hava limanında Azərbaycan vətəndaşından külli miqdarda kürü götürülüb

Moskvada hava limanında Azərbaycan vətəndaşından külli miqdarda kürü götürülüb Moskva şəhərinin Jukovski Hava Limanında Rusiya Federal Təhlükəsizlik Xidməti və polis əmədaşları tərəfindən bir tondan artıq qanunsuz gətirilən qara kürü aşkar edilərək götürülüb.
Hadisə
15 İyul , 2019 15:36
Moskvada hava limanında Azərbaycan vətəndaşından külli miqdarda kürü götürülüb

Moskva şəhərinin Jukovski Hava Limanında Rusiya Federal Təhlükəsizlik Xidməti və polis əmədaşları tərəfindən bir tondan artıq qanunsuz gətirilən qara kürü aşkar edilərək götürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, istintaq hərəkətləri çərçivəsində saxlanılan 30 yaşlı Çin və 60 yaşlı Azərbaycan vətəndaşı həmin kürünü Rusiyada satmaq niyyətində olublar.

Polisdən verilən məlumata görə, ümumi dəyəri 466 min ABŞ dollarına yaxın olan 1020 kilo nərə kürüsü MDB ölkələrinin birindən gətirilib.

Hadisə ilə bağlı başlanılan cinayət işinə dair istintaq tamamlanıb, ittihamnamə məhkəməyə göndərilib.

Son xəbərlər

Orphus sistemi