Moskva-Gəncə reysi ilə uçan təyyarədə azərbaycanlı qadın ölüb

Hadisə
  • 24 oktyabr, 2018
  • 12:35
Moskva-Gəncə reysi ilə uçan təyyarədə azərbaycanlı qadın ölüb

Gəncə. 24 oktyabr. REPORT.AZ/ Moskva-Gəncə reysi ilə uçan təyyarədə azərbaycanlı qadın ölüb.

"Report"un Qərb bürosu xəbər verir ki, Şəmkir rayon sakini, 1956-cı il təvəllüdlü Zöhrə Quliyevanın təyyarədə qəfildən halı pisləşib. Ona ilkin tibbi yardım olunsa da, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə Z.Quliyeva ankoloji xəstəlikdən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.