Şəmkirdə 65 yaşlı kişini avtomobil vuraraq öldürüb - YENİLƏNİB
- 10 avqust, 2019
- 05:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Yeni Həyat kənd ərazisində qeydə alınıb. Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Rövşən Məzahir oğlu Məmmədov idarə etdiyi "VAZ-21013" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən, Şəmkir rayon Yeni Həyat kənd sakini, 1954-cu il təvəllüdlü Hüseyn İsaq oğlu Məmmədovu vurub.
Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
*** 08:21
Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un yerli bürosu xəbər veririr ki, yolu qarşı tərəfə keçmək istəyən, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişini avtomobil vurub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Ölən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.