Minskdə qıza görə adam öldürən azərbaycanlı tələbə həbs olunub

Minskdə qıza görə adam öldürən azərbaycanlı tələbə həbs olunub Minsk. 14 noyabr. REPORT.AZ/ Minskdə Azərbaycan vətəndaşı, Belarus Dövlət Aviasiya Akademiyasının tələbəsi, 1999-cu il təvəllüdlü Rəhimov Rüstəm Məmməd oğlu insan ölümü ittihamı ilə həbs olunub.
Hadisə
14 Noyabr , 2018 09:39
Minskdə qıza görə adam öldürən azərbaycanlı tələbə həbs olunub

Minsk. 14 noyabr. REPORT.AZ/ Minskdə Azərbaycan vətəndaşı, Belarus Dövlət Aviasiya Akademiyasının tələbəsi, 1999-cu il təvəllüdlü Rəhimov Rüstəm Məmməd oğlu insan ölümü ittihamı ilə həbs olunub.

“Report”un Minsk bürosunun verdiyi məlumata görə, azərbaycanlı tələbə noyabrın 12-də həbs olunub.

Onun yerli millətdən olan, Aleksey adlı Belarus vətəndaşını öldürdüyü üçün həbs olunduğu bildirilir.

Hadisəyə səbəb R.Rəhimovun yerli millətdən olan qız tanışı ilə mübahisəsi, həmin şəxsin isə kənardan müdaxilə edərək qızı ondan ayırması səbəb olub. Azərbaycanlı gənc bunu həqarət hesab edərək belaruslu ilə görüş təyin edib. Təyin olunan görüşdə azərbaycanlı gəncin bir neçə əcnəbi ilə belaruslunu döyərək öldürdüyü bildirilir. Hadisəyə səbəb olan dəstənin bütün üzvləri saxlanılsa da, azərbaycanlı tələbədən başqa digərləri sərbəst buraxılıb. 

Son xəbərlər

Orphus sistemi