Mingəçevirdə yol qəzası olub, iki nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Mingəçevirdə yol qəzası olub, iki nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır.
Hadisə
13 Dekabr , 2018 15:29
Mingəçevirdə yol qəzası olub, iki nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
0 : 00
0 : 00

Mingəçevir. 13 dekabr. REPORT.AZ/ Mingəçevir şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, "VAZ 21015" markalı maşın idarəetmədən çıxaraq yol kənarındakı sexin daş hasarına çırpılıb. Nəticədə şəhər sakinləri - sürücü, 1985-ci il təvəllüdlü Qazıxanov Mahir Sadəddin oğlu və sərnişin, 1988-ci il təvəllüdlü Alıyev Anar Kamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.


*** 11:35


Mingəçevir. 13 dekabr. REPORT.AZ/ Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Samux küçəsində  qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan avtomobil hasara çırpılıb. Nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar təcili yardım maşınları ilə Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi