Mingəçevirdə yaşlı qadını maşın vurub

Mingəçevirdə yaşlı qadını maşın vurub Qəza piyadanın ehtiyatsızlığı səbəbindən baş verib
Hadisə
25 May , 2018 23:23
Mingəçevirdə yaşlı qadını maşın vurub

Mingəçevir. 25 may. REPORT.AZ/ Mingəçevir şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report”un Şirvan bürosu xəbər verir ki, 1952-ci il təvəllüdlü şəhər sakini Məmmədova Tamella Nəsib qızı Şəfa bağ massivində yolu keçən zaman “VAZ-2107” markalı maşın tərəfindən vurulub.

Qəza piyadanın ehtiyatsızlığı səbəbindən baş verib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi