Mingəçevirdə yas mərasimi keçirən şəxslər cərimələnib
Hadisə
- 14 iyul, 2020
- 11:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib və karantin rejimi qaydalarının pozulduğu aşkar edilib.
Polis Şöbəsinin əməkdaşları mərasimi başlamadan dayandırıb. Mərhuma yas mərasimi təşkil edən övladı Bakir Eyvazov və bir neçə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb.
Ölkədə elan edilmiş karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb.
Son xəbərlər
11:22
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Hadisə
11:20
Foto
MMU-da müdafiə və milli təhlükəsizliyin aktual problemləri müzakirə edilir
Hərbi
11:16
Azərbaycanda gələn il büdcə siyasətinin əsas istiqamətləri açıqlanıb
Maliyyə
11:11
"Trendyol"da noyabr endirimləri: Bu noyabrda da hər kəs "Trendyol"da!
Biznes
11:07
Demokratlar Nümayəndələr Palatasında çoxluğu qazanırlar - Yenilənib-4
Digər ölkələr
11:07
Azərbaycanda sağlamlıq turizmi ilə bağlı konsepsiya hazırlanacaq
Turizm
11:02
Gələn il məqsədli proqramlara 682 milyon manatdan çox vəsait ayrılacaq
Maliyyə
11:01
Azərbaycan ərzaq təhlükəsizliyinə xərcləmələri 2 % artırır
Maliyyə
11:01
Naxçıvanda din xadimləri üçün təlim keçirilib
Daxili siyasət