Mingəçevirdə xəstənin yaxınları Mərkəzi Xəstəxananın şüşələrini sındırıb

Mingəçevirdə xəstənin yaxınları Mərkəzi Xəstəxananın şüşələrini sındırıb Mingəçevir. 15 yanvar. REPORT.AZ/ Mingəçevir Mərkəzi Xəstəxanasında müalicə olunan xəstənin yaxınları tibb müəssissəsində dava salıblar.
Hadisə
15 Yanvar , 2018 03:54
Mingəçevirdə xəstənin yaxınları Mərkəzi Xəstəxananın şüşələrini sındırıb

Mingəçevir. 15 yanvar. REPORT.AZ/ Mingəçevir Mərkəzi Xəstəxanasında müalicə olunan xəstənin yaxınları tibb müəssissəsində dava salıblar.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Belə ki, xəstəxanada durumu ağırlaşan Rahib adlı şəxsin yaxınları hay-küy salaraq tibb müəssisəsinə giriş qadağan olan bölmələrdən daxil olmağa cəhd göstərib. Mühafizəçi və tibb heyətinin onları sakitləşdirmək istəyi nəticəsiz qalıb. Xəstə yaxınları xəstəxananın çoxsayda iri şüşələrini sındırıb və bəzi texniki vasitələrə zərər yetirib.

Faktla bağlı hadisə yerində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi