Mingəçevirdə təcili tibbi yardım maşını iki avtomobillə toquşub, 9 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO

Mingəçevirdə təcili tibbi yardım maşını iki avtomobillə toquşub, 9 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
29 İyun , 2017 14:45
Mingəçevirdə təcili tibbi yardım maşını iki avtomobillə toquşub, 9 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO
Report.az

Mingəçevir. 29 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində təcili tibbi yardım maşını iki avtomobillə toqquşub, 9 nəfər xəsarət alıb. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə zamanı "VAZ-2110" markalı avtomobildə olan ana və üç uşağı, həmçinin təcili tibbi yardım avtomobilində olan tibbi bacısı Elnarə Rəhimova yüngül bədən xəsarətləri alıb və onlar ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 

Qeyd edək ki, qəzaya düşən tibbi yardım avtomobilində ağır xəstə olub. Hadisə  xəstəni Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına apararkən baş verib.


***12:52

Mingəçevir. 29 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində baş verib.

Belə ki, Rusiya Federasiyasının vətəndaşı,1961-ci il təvəllüdlü Müseyib Baloğlan oğlu İsmayılov idarə etdiyi "KİA" markalı avtomobillə "VAZ-2110" markalı avtomobilə daha sonra isə Əli Tanrıverdi oğlu Mikayılovun idarə etdiyi təcili tibbi yardım avtomobilinə çırpılıb. 

Nəticədə təcili tibbi yardım avtomobilinin sürücüsü Ə.Mikayılov və tibb işçisi, 1971-ci il təvəllüdlü Vəfa Elmalı qızı Süleymanova, "KİA" markalı avtomobilin sürücüsü M.İsmayılov və "VAZ-2110" markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi