Mingəçevirdə təcili tibbi yardım avtomobili qəzaya düşüb

Mingəçevirdə təcili tibbi yardım avtomobili qəzaya düşüb Hadisə nəticəsində təcili yardımdakı xəstə xəsarət alıb
Hadisə
11 İyul , 2015 12:10
Mingəçevirdə təcili tibbi yardım avtomobili qəzaya düşüb

Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün səhər saatlarında Mingəçevir şəhərində xəstəxanaya xəstə gətirən təcili yardım avtomobili qəzaya düşüb.

“Report” xəbər verir ki, hadisə Mingəçevirin Günəşli massivində qeydə alınıb. 

Mingəçevir şəhər sakini Əlfi Şükürovun idarə etdiyi, Mingəçevir şəhər Təcili Tibbi Yardım stansiyasına məxsus 90-JX-689 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil qarşı tərəfdən gələn 99-AM-835 dövlət nömrə nişanlı, “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub.

Təcili yardım maşını sulfat turşusu içərək zəhərlənən Mingəçevir şəhər Günəşli massivinin sakinini xəstəxanaya gətirirmiş. Hadisə nəticəsində təcili yardım avtomobilindəki xəstə və onun qohumu xəsarət alıb. 

Qəzaya ilkin səbəb kimi yüksək sürət göstərilib. Mingəçevir şəhər Polis İdarəsində faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi