Mingəçevirdə qısqanc ər arvadını qohumunun evində öldürdü

Mingəçevirdə qısqanc ər arvadını qohumunun evində öldürdü Mingəçevirdə qətl törətməkdə təqsirləndirilən Elnur İsayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
3 Sentyabr , 2020 09:21
Mingəçevirdə qısqanc ər arvadını qohumunun evində öldürdü

Mingəçevirdə qətl törətməkdə təqsirləndirilən Elnur İsayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, iş yekunlaşaraq Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki,  bu il mayın 20-də 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Fərqanə İsayevanın qohumunun evində bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

E.İsayev Mingəçevir Şəhər Polis Şöbəsinə könüllü gələrək təslim olub, cinayətin aləti olan bıçağı istintaq orqanına təqdim edib.

İstintaqla hadisənin zərərçəkmişin əri 1974-cü il təvəllüdlü Elnur İsayev tərəfindən qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

E.İsayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Son xəbərlər

Orphus sistemi