Mingəçevirdə qadın əri və qayınanası tərəfindən amansızcasına döyülüb
Hadisə
- 29 iyul, 2017
- 18:19
Mingəçevir. 29 iyul. REPORT.AZ/ Mingəçevirdə ailə münaqişəsi zəminində döyülmə hadisəsi baş verib.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə ailənin yaşadığı Heydər Əliyev prospekti, 66/25, mənzil, 6-da qeydə alınıb.
1985-ci il təvəllüdlü gəlin Abdurəhmanova Tünzalə Sehman qızı ailə münaqişəsi zəminində doğmaları tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən qadının bədəninin əksər nahiyələrində gematoma qeydə alınıb. Ona ilkin tibbi yardım göstərilib.
Əldə edilən ilkin məlumata görə, gəlin həyat yoldaşı və qayınanası tərəfindən təhqir olunaraq amansızcasına döyülüb. Münaqişənin əsl səbəbi isə hələ ki, məlum deyil.
Hadisə ilə bağlı şəhər Polis şöbəsində araşdırma aparılır.
Son xəbərlər
04:46
Pakistan İranla ABŞ-yə Hörmüz boğazında birgə patrul xidməti göstərməyi təklif edib
Digər ölkələr04:28
NYT: İslamabadda İran və ABŞ arasında danışıqlar dostluq atmosferində keçib
Digər ölkələr03:39
Video
Qərbi Azərbaycan Xronikası: "Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi"
Daxili siyasət03:27
"Betmen" trilogiyasının ulduzu Con Nolan vəfat edib
İncəsənət02:53
İslamabadda keçirilən İran-ABŞ danışıqları başa çatıb - YENİLƏNİB-4
Region02:04
Foto
Azərbaycan pravoslavları Pasxa bayramını qeyd edirlər
Din02:03
Tramp: İslamabaddakı danışıqların nəticəsinin əhəmiyyəti yoxdur, biz qalib gəldik
Digər ölkələr01:52
Xəzər dənizində zəlzələ baş verib
Hadisə01:33