Mingəçevirdə qadın əri tərəfindən döyülərək xəsarət alıb

Mingəçevirdə qadın əri tərəfindən döyülərək xəsarət alıb Faktla bağlı polis şöbəsində araşdırma aparılır
Hadisə
21 Fevral , 2018 21:19
Mingəçevirdə qadın əri tərəfindən döyülərək xəsarət alıb

Mingəçevir. 21 fevral. REPORT.AZ/ Mingəçevir şəhərində ailə münaqişəsi zəminində döyülmə hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Əliağa Vahid küçəsi 4 ünvanında baş verib.

1983-cü il təvəllüdlü Cəfərova Samirə Tahir qızı ailə münaqişəsi zəminində əri tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıya yerindəcə tibbi yardım göstərilib.

Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi