Mingəçevirdə qadın dördüncü mərtəbədən yıxılaraq ağır xəsarət alıb

Hadisə
  • 10 yanvar, 2019
  • 17:07
Mingəçevirdə qadın dördüncü mərtəbədən yıxılaraq ağır xəsarət alıb

Mingəçevir. 10 yanvar. REPORT.AZ/ Mingəçevir şəhərində 21 yaşlı qadın binanın dördüncü mərtəbəsindən yıxılıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, şəhər sakini, 1998-ci il təvəllüdlü Rahilə Bəhram qızı Cəbrayılova şəhərin Nizami küçəsi, 6A ünvanında yaşadığı binanın 4-cü mərtəbəsindən pəncərələri təmizləyərkən yıxılıb.

Ağır vəziyyətdə olan yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

44 filmi