Mingəçevirdə ölümlə nəticələnən yol qəzası olub

Hadisə
  • 29 oktyabr, 2018
  • 07:58
Mingəçevirdə ölümlə nəticələnən yol qəzası olub

Bakı. 29 oktyabr. REPORT.AZ/ Mİngəçevir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, şəhər ərazisində yerli sakin Mübariz Atayev idarə etdiyi “JAC” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi Saat Mikayılovu vurub. Xəstəxanaya yerləşdirilən S.Mikayılov orada ölüb.

Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

44 filmi