Mingəçevirdə müxtəlif yerlərdə ata və oğul bıçaqlanıb

Mingəçevirdə müxtəlif yerlərdə ata və oğul bıçaqlanıb Hər iki hadisə eyni şəxs və ya şəxslər tərəfindən törədilib
Hadisə
7 Dekabr , 2017 21:49
Mingəçevirdə müxtəlif yerlərdə ata və oğul bıçaqlanıb

Mingəçevir. 7 dekabr. REPORT.AZ/ Axşam saatlarında Mingəçevirdə ata və oğul bıçaqlanıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin “Energetik” yaşayış massivində baş verib.

Elçin Qəmbərov 7 saylı marşrut avtobusunun sözügedən massivdəki son dayanacağında, onun 1993-cü il təvəllüdlü oğlu Qəmbərov Elmir Elçin oğlu isə 3 saylı təsərrüfatın ərazisində yaralı vəziyyətdə aşkar edilib. Hər iki yaralı təcili xəstəxanaya çatdırılıb. Onların bıçaqlandığı müəyyən edilib.

Əldə olunan ilkin məlumata görə, hər iki hadisə eyni şəxs və ya şəxslər tərəfindən törədilib. Münaqişənin səbəbi hələ ki, tam məlum deyil.

Baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi