Mingəçevirdə mənzillərdən oğurluq edən şəxs saxlanılıb
- 18 oktyabr, 2018
- 06:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Mingəçevir. 18 oktyabr. REPORT.AZ/ Mingəçevir şəhərində silsilə oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Report"un Şirvan bürosuna bildirilib ki, Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Sahil Hüseynli şəhərində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 7 mənzildən oğurluq edib.
O, Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Onun ayrı-ayrı vətəndaşlara məxsus evlərdən ümumi dəyəri 20.000 manat olan pul, qızıl-zinət və məişət əşyalarının oğurlayaraq maddi ziyan vurması müəyyən edilib.
Dindirilmə zamanı S.Hüseynli törətdiyi cinayət əməllərini boynuna alıb.
Faktla bağlı araşdırma aparılır.