Mingəçevirdə məktəblilər arasında kütləvi dava olub, xəsarət alan var

Hadisə
  • 04 aprel, 2018
  • 11:42
Mingəçevirdə məktəblilər arasında kütləvi dava olub, xəsarət alan var

Mingəçevir. 4 aprel. REPORT.AZ/ Mingəçevir şəhərində məktəblilər arasında kütləvi dava olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin 11 saylı tam orta məktəbində qeydə alınıb. 

Belə ki, həmin məktəbin 9-cu sinif şagirdləri arasında baş verən kütləvi dava zamanı 2003-cü il təvəllüdlü Vasif Qəşəm oğlu Abışova vintaçanla bir neçə zərbə vurulub. Ağır bədən xəsarətləri alan V.Abışov dərhal xəstəxanaya çatdırılıb. Yaralıya ilkin yardım göstərilib və əməliyyat olunub. 

Faktla bağlı araşdırma aparılır.