Mingəçevirdə maşın yaşlı piyadanı vuraraq ağır xəsarət yetirib

Hadisə
  • 16 sentyabr, 2017
  • 18:18
Mingəçevirdə maşın yaşlı piyadanı vuraraq ağır xəsarət yetirib
Report

Mingəçevir. 16 sentyabr. REPORT.AZ/ Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi ilə Heydər Əliyev prospektinin kəsişdiyi ərazidəki məhəllədə qeydə alınıb.

"AtaBank”ın yerli flialının arxasından Nizami küçəsinə çıxmaq istəyən “Mercedes” markalı avtomobil 1959-cu il təvəllüdlü məhəllə sakini İsmayılov Şahmurad Məhərrəm oğlunu vuraraq ağır bədən xəsarəti yetirib. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.