Mingəçevirdə iki maşın toqquşub, yaralananlar var - FOTO

Hadisə
  • 12 iyun, 2018
  • 19:23
Mingəçevirdə iki maşın toqquşub, yaralananlar var - FOTO
Report

Mingəçevir. 12 iyun. REPORT.AZ/ Mingəçevir şəhərində yol qəzası baş verib.

"Report”un Şirvan bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində “VAZ-2107” və “VAZ-21015" markalı avtomobillərin toqquşması nəticəsində ikinci maşının 1989-cu il təvəllüdlü sürücüsü Aşurov Nurlan İnqilab oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində yüngül xəsarət alan bir azyaşlı uşağa isə yerindəcə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.