Mingəçevirdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda toplantı keçirilib

Mingəçevirdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda toplantı keçirilib Tədbirdə QHT təmsilçiləri, ictimaiyyət nümayəndələri, tələbələr və ixtisaslaşmış ekspertlər iştirak ediblər
Hadisə
12 May , 2017 16:43
Mingəçevirdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda toplantı keçirilib

Mingəçevir. 12 may. REPORT.AZ/ Mingəçevir şəhərində “İnsan alverinə qarşı mübarizə” mövzusunda toplantı keçirilib.

“Report”un Şirvan bürosunun verdiyi məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsində təşkil olunan tədbirdə QHT təmsilçiləri, ictimaiyyət nümayəndələri, tələbələr və ixtisaslaşmış ekspertlər iştirak ediblər.

Mingəçevir Şəhər Polis Şöbəsinin rəis müavini Allahverdi Siraclı müzakirələrin məram və məqsədindən danışıb. 

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Şöbəsinin baş əməliyyat müvəkkili Emin Əsədov insan alverinə qarşı mübarizə prosesində əldə olunan uğurlardan və mövcud problemlərdən söhbət açıb. O əsasən iki məsələ - insan bədəninin və əməyinin istismarı məsələləri üzərində dayanıb.

"Təmas Regional Təşkilatı" İctimai Birliyinin sədri Südabə Məmmədova isə ictimai nəzarət işinin düzgün qurulmasına dair fikirlərini bölüşüb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi