Mingəçevirdə gənc oğlan bıçaqlanıb

Mingəçevirdə gənc oğlan bıçaqlanıb Mingəçevir. 16 oktyabr. REPORT.AZ/ Axşam saatlarında Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.
Hadisə
16 Oktyabr , 2018 22:34
Mingəçevirdə gənc oğlan bıçaqlanıb

Mingəçevir. 16 oktyabr. REPORT.AZ/ Axşam saatlarında Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, 1992-ci il təvəllüdlü Əliyev Xəyal Hidayət oğlu yaşadığı “Yeni Həyat” məcburi köçkün şəhərciyi ərazisində naməlum şəraitdə bıçaqlanaraq ağır xəsarət alıb.

Cəbrayıl rayonundan məcburi köçkün olan zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi