Mingəçevirdə avtomobil səkiyə çırpılaraq qəza törədib - FOTO

Hadisə
  • 07 iyul, 2018
  • 20:10
Mingəçevirdə avtomobil səkiyə çırpılaraq qəza törədib - FOTO
Foto: "Report"

Mingəçevir. 8 iyul. REPORT.AZ/ Mingəçevirdə yol qəzası baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Xaldan şossesinə çıxışı istiqamətində baş verib.

Belə ki, şəhər mərkəzi istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil əks istiqamətdə hərəkətdə olan "VAZ-2106" markalı maşınla toqquşmadan yayınmaq üçün məcburi manevrlər edib. Nəticədə "Mercedes" yol kənarındakı səkiyə çırpılaraq qəza törədib. Hadisə zamanı avtomobil deformasiyaya uğrayıb, sürücü isə yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

44 filmi