Mingəçevirdə avtomobil inəyi vurub

Mingəçevirdə avtomobil inəyi vurub Nəticədə inək sağ qalsa da, avtomobilə ciddi ziyan dəyib
Hadisə
5 may 2018 03:57
Mingəçevirdə avtomobil inəyi vurub

Mingəçevir. 5 may .REPORT.AZ/ Axşam saatlarında Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan "VAZ-2107" Xaldan şosesi ilə hərəkətdə olarkən, qəfil qarşısına inək çıxıb və sürücü qəzadan yayına bilməyərək heyvanı vurub.

Nəticədə inək sağ qalsa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi