Mingəçevirdə avtomobil inəyi vurub

Hadisə
  • 05 may, 2018
  • 03:57
Mingəçevirdə avtomobil inəyi vurub

Mingəçevir. 5 may .REPORT.AZ/ Axşam saatlarında Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan "VAZ-2107" Xaldan şosesi ilə hərəkətdə olarkən, qəfil qarşısına inək çıxıb və sürücü qəzadan yayına bilməyərək heyvanı vurub.

Nəticədə inək sağ qalsa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.