Mingəçevirdə avtomobil iki piyadanı vuraraq öldürüb

Mingəçevirdə avtomobil iki piyadanı vuraraq öldürüb Mingəçevir şəhərinin İslam İslamzadə küçəsində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
15 Oktyabr , 2022 20:48
Mingəçevirdə avtomobil iki piyadanı vuraraq öldürüb

Mingəçevir şəhərinin İslam İslamzadə küçəsində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində idarəetmədən çıxan nəqliyyat vasitələrindən biri yol kənarında olan piyadalar- 1966-cı il təvəllüdlü Xədicə Sultanova və 1963-cü il təvəllüdlü Şamaxı Məmmədovanı vurub.

Zərbənin gücündən piyadalar bir neçə metr kənara düşüb.

Onlar ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb, reanimasiya şöbəsinə yerləşdiriliblər.

Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, hər ikisi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi